Mərakeşdə fövqəladə vəziyyət avqustun 10-a kimi uzadılıb  

17:53 09.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Mərakeş hökuməti ölkədə martın 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejimini avqustun 10-a kimi uzadıb. Hafta.az-ın məlumatına görə, bu barədə hökumətdəki mənbə bildirib.

Bununla belə, bəzi sahələr üzrə yumşalma tədbirləri də davam etdirilir. İyunun 25-dən kafe və restoranlara yerində xidmətə icazə veriləxək. Lakin oturaq yerlərin cəmi 50 faizindən istifadə olunmaq şərtilə.

Hökumət yumşalma tədbirlərinin karantin qaydalarına tam və ciddi şəkildə əməl etmək şərtilə aparılmasının vacibliyini elan edib.